Bu gün 17 aprel Dünya Hemofiliya Günü çərçivəsində "Hematologiya və transfuziologiyanın aktual məsələləri" mövzusunda elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hemofiliya kafedrası və Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans görkəmli alim hematoloq Hənifə Abdullayevin 90 illik yubileyinə həsr olunub. Tədbirdə çıxış edən Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirib ki, bu xəstələr qan çatışmamazlığından böyük əziyyət çəkirdi. Onun sözlərinə görə, onları həyatda saxlamaq üçün dərman preparatları və qan lazım idi.
E.Qədimova bildirib ki, 2005-ci ildə dövlət tərəfindən hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı proqram qəbul olunandan sonra lazımı dərman preparatları hemofiliyalı xəstələrin müalicəsi üçün ölkəyə gətirilir. Onun sözlərinə görə, hazırda xəstələr bunlardan istifadə edirlər:"Onların həyat tərzləri yaxşılaşır və həyatlarına davam edirlər. Düzdür, bu gün bütün sahələrdə olduğu kimi hemofiliya sahəsində problemlər var. Ümid edirəm ki, bu problemlər də yaxın gələcəkdə öz həllini tapacaq".
Sonra Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova Hənifə Abdullayevin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirin davamında digər yerli və xarici həkimlər də hemofiliya xəstəliyinin mövcud vəziyyəti və problemləri barədə danışıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB