Misir Mərdanov Xaçmazda yubiley tədbirinə qatılıb

Misir Mərdanov Xaçmazda yubiley tədbirinə qatılıb

Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə təhsil naziri Misir Mərdanovla yanaşı bir sıra ali məktəblərin rektorları və millət vəkilləri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyatının müxtəlif dövrlərini əks etdiən foto və sənədlərlə tanış oldular. Görkəmli oftalmoloq-alim, ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə olan qonaqlar burada abidəsi önünə gül dəstələri qoydular. Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda təhsil naziri Misir Mərdanov böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olan ulu öndərin bir lider kimi məziyyətlərindən danışaraq vurğuladı ki, hələ sağlığında o canlı əfsanəyə çevrilmişdi, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətubatında geniş işıqlandırılıb. Məhz Heydər Əliyevin xidmətləri sayəsində 1993-cü ildə məktəbəqədər təhsilin bazis proqramı işlənib hazırlandı. 1994-cü ilidə "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qoyuldu. Hökumətin böhran halını yaşamasına baxmayaraq, heç olmasa, ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edildi. 1999-cu ilədək təhsil sahəsində müxtəlif qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı idi. Odur ki, 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması məqsədilə dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi, "Kitabi-Dədə Qorqud"-un 1300 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalandı.

Böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin doğma yurdda torpağa tapşırılıb üzərində məqbərənin ucaldılması onun adı ilə bağlıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yarandı. İlk dəfə olaraq Heydər Əliyev tərəfindən "31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü", "31 mart Azərbaycanlıların soyqırımı günü" təsis edildi. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Memarlıq və inşaat Universitetinin rektoru Gülcöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, millət vəkili Nizami Cəfərov və İlham Əliyev bildirdi ki, Heydər Əliyev 2000-ci il iyunun 13-də "Təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. 2002-ci ilin oktyabr ayında ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu. Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Prezident İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin edib. Konfrans iştirakçıları yekdilliklə bildirlər ki, Azərbaycanın inkişaf strategiyası dövlət başçısının daim himayəsi altındadır.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə