Özbəkistanda Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçiriləcək

Özbəkistanda Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçiriləcək

Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan xalqının Ümumimilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcək. SİA-nın məlumatına görə, tədbirdə çıxış etmək üçün millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva Özbəkistana səfərə gediblər. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Fəlsəfə İnstutunun şöbə müdiri Rəna Mirzəzadə, Özbəkistan - Azərbaycan cəmiyyətinin sədri Erkin Nuriddinov və digərləri məruzə ilə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə