Gəncədə gənclərin işlə təmin olunması məqsədi ilə "Karyera həftəsi" keçirilir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu məqsədlə gənclərin işə qəbul prosesini asanlaşdırmaq məqsədi ilə informasiya köşkləri quraşdırılıb. Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru Abil Tağıyev SİA-ya bildirib ki, Gəncədə işə götürənlərin və işə qəbul olmaq istəyənlərin elektron bazası yaradılıb. Artıq 40-dan artıq gənc iş tapmaq üçün müraciət edib. Bu məqsədlə həmçinin iqtisadi ekspertlər tərəfindən pulsuz seminarlar da keçirilir. Ümumiyyətlə rəsmi statistikaya əsasən Gəncə şəhərində ötən illərlə müqayisədə işsizliyin səviyyəsi nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Şəhər Məşğulluq Mərkəzinə müraciət edən 938 nəfərdən 752-si işlə təmin edilib. 100-dən artıq gənc isə peşə hazırlığına cəlb olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB