Parlamentin ikinci iclası gələn həftə olacaq

Milli Məclisin yaz sessiyasının ikinci iclası gələn həftə keçiriləcək. Bunu SİA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, fevralın 12 keçiriləcək plenar iclasın gündəliyinə 10-na yaxın məsələ - "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara, habelə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələləri daxildir.

O deyib ki, bununla yanaşı, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzəsi dinləniləcək. Həmçinin "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklər və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...