Bölgələrdə dəm qazından zəhərlənmə halların artması Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını hərəkətə keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdədə şəhərinin yaşayış binalarında və fərdi mənzillərdə təhlükəsizlik qaydaları ilə bağlı reyd keçirib. İdarənin yanğın nəzarəti üzrə mütəxəssisi, rayon qaz istismar sahəsinin nümayəndələri evlərin mətbəxinə, vanna otağına və damına baxış keçirib, qaz cihazlarının, tüstü bacalarının, havadəyişmə sisteminin fəaliyyətini yoxlayıblar.
Əksər mənzillərdə təhlükəsizlik qaydalarına əməl olunmadığı üzə çıxıb. Xüsusilə rezin borulardan qaz xəttləri çəkərək böyük təhlükə yaradırlar. Reyd zamanı qeyri-standart qaz sobalarından istifadə edənlərdə üzə çıxıb.
Evlərdə qaz sızmaları, dəm qazından zəhərlənmə, qaz partlayışları və yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan işlər barədə vətəndaşlar geniş məlumatlandırılıb, ev sahiblərinə "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir" adlı yaddaş vərəqəsi verilib. Reyd zamanı bir necə evdə müəyyən nöqsanlar aşkarlanaraq aidiyyatı üzrə ev sahiblərinə tapşırıqlar verilib.
Qeyd edək ki, yoxlamalar bundan sonra da rayonda davam etdiriləcək. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə qarşıdakı günlərdə daha qonşu rayonlarda da bu cür reydlərin keçirilməsi və maarifləndirmə işinin təşkili nəzərdə tutulur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB