Qarlı hava davam edəcəkmi?

Bu gün səhər qarın tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Ölkənin rayonlarında səhər qərb, gündüz şərq rayonlarında qarın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Abşeron yarımadasında soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq oksigenlə daha zəngin və təmiz hava müşahidə olunacaq.
Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə