Yeni körpü Qırız kəndini rayon mərkəzi ilə birləşdirəcək
Qubanın Qırız kənd sakinlərinin körpü problemi nəhayət ki, həllini tapıb. Uzun illər körpü olmadığı üçün yerli sakinlər rayon mərkəzinə getməkdə çətinlik çəkirdilər. Onlar əlavə 50 km yol qət etməklə Qubaya gəlirdilər. Artıq yeni körpünün istifadəyə verilməsi ilə mövcud problemlər aradan qaldırılıb.
Yeni körpü Rayon İcra Hakimiyyəti, deputat Vahid Əhmədov və yerli sakinlərin vəsaiti hesabına inşa olunub. Uzunluğu 20, eni isə 3,5 metr olan körpü dəmir konstruksiyalıdır. Quba RİH başçısının müavini Yusif Abidovun sözlərinə görə, 2007-ci ildən körpünün inşasına başlanılsa da, müəyyən problemlər tikintinin yubanmasına səbəb olub.
RİH başçısının müavini onu da bildirib ki, hazırda rayonda daha iki körpünün tikintisi davam etdirilir. Yaxın vaxtlarda həmin körpülərdə istifadəyə veriləcək.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB