Seymur Orucov: "Azərbaycan gəncliyi dövlətimizin siyasi kursunu birmənalı şəkildə dəstəkləyir"

Seymur Orucov: "Azərbaycan gəncliyi dövlətimizin siyasi kursunu birmənalı şəkildə dəstəkləyir"

"Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar". SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Onun sözlərinə görə, bu uğurların əsasında dövlətimizin güclü dəstəyi dayanır: "Hazırda gənclərimiz ölkəmizdə bütün sahələr üzrə layiqincə təmsil olunur. Eyni zamanda, dövlətin dəstəyi ilə dünyanın nüfuzlu ali məktəblərində yüzlərlə azərbaycanlı gənclər təhsil alır ki, onlar Azərbaycanın inkişafına töhfələr verəcəklər. Belə bir şəraitdə bəzi müxalifət partiyalarının iddialarla çıxış etməsi tamamilə məntiqsizdir. Müxalifət düşərgəsində sağlam gəncliyin olmaması, onların keçirdiyi aksiyalara gənclərin dəstək verməməsi buna sübutdur. Azərbaycan gəncliyi birmənalı şəkildə dövlətimizin, hakimiyyətin siyasi kursunu dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə