Tərtərdə kütləvi zəhərlənmə olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər rayonunun Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin toy məclisində qidadan 48 nəfər zəhərlənib. Onlardan 23 nəfəri uşaq, 25 nəfəri isə müxtəlif yaş təbəqələrində olan insanlardır.
Toyda günün ikinci yarısı zəhərlənən insanlar yaxınlarının köməyilə rayon Mərkəzi Xəstəxanasına və təcili tibbi yardıma müraciət ediblər. Qida zəhərlənməsindən xəstəxanaya müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qeyd edək ki, toyda istifadə edilən qida məhsulları müayinə üçün Bakı şəhərinə laboratoriyaya göndərilib. Müayinədən sonra zəhərlənmənin dəqiq səbəbləri bilinəcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB