Bu gün Azərbaycanın Xocavənd rayonunun işğalından 20 il ötür. SİA-nın xəbərinə görə, Xocavənd rayonu 2 oktyabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib.

Bütün xəbərlər Facebook səhifəmizdə