Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri 62 saylı məktəb-litsey haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Belə ki, məqalədə məktəb-liseyin 9-cu sinifini bitirmiş Hüseynov Nurlan Ağayar oğlunun atası Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini ala bilmədiyindən şikayətləndiyi qeyd olunub.
SİA-a məktəbdən bildiriblər ki, "Təhsil Haqqında Qanun"a uyğun olaraq 9-cu sinifi bitirmiş hər bir şağirdə şəhadətnamə hər hansı bir təhsil müəssisəsində oxuyacağı təqdirdə təqdim oluna bilər. Mütləq olaraq ən azından peşə məktəbində təhsilini davam etdirməlidir. Əks halda 11 illik təhsil icbari olduğundan, şagird təhsilini oxuduğu və yaxud digər orta ümumhəhsil məktəblərinin birində davam etdirməlidir.
"Bəli Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini bizdən tələb edib. Biz də öz növbəmizdə qanuna müvafiq qaydada şagirdin təhsilinin davam etdirəcəyi təhsil müəssisəsindən arayış təqdim etməsini xahiş etmişik. Lakin Hüseynov oğlunu heç yerdə oxutmayacağını, evdə oturdacağını bildirdiyindən ona şəhadətnamə təqdim edilməyib. Valideyinə dəfələrlə bu barədə müvafiq izahatlar verilməsinə baxmayaraq bununla razılaşmadığını bildirib. Hal-hazırda Hüseynov Nurlan Ağayar oğlu məktəb-liseyin 10-cu sinif şagirdidir", - deyə açıqlamada bildirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inspektoru Firudin Abbasov da qeyd edilənlərin qanunauyğun olduğunu təsdiq edərək bildirib ki, şagirdin sənədləri məktəbdən götürülürsə mütləq hara getdiyi haqda arayış tələb olunmalıdır.
"Bir daha məqalədə göstərilənlərin yalan və valideyinin qanundan yayınmaq üçün məktəbin rəhbərliyini şantaj etmək məqsədilə iftira xarakterli məlumat olduğunu bildiririk", - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB