Bu gün Bakıda Azərbaycan və Niderland Biznes Forumu keçirilir. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanla Niderland arasında bir çox sahələrdə böyük inkişaf mövcuddur. Bu inkişaf eyni zamanda biznes əlaqələrinə də sirayət edib. O bildirib ki, Niderlandla Azərbaycan arasında işgüzar əlaqələr mütəmadi olaraq davam etdirilir. Bundan sonra da hər iki tərəfin biznes şirkətlərinin əməkdaşları bu əlaqələri bu və ya digər formada qarşılıqlı olaraq davam etdirəcək. Daha sonra Niderlandın nümayəndə heyətinin rəhbəri Arnold Govaert, nitq söyləyərək bildirib ki, o, atrıq Azərbaycanda 1993-cü ildən işləyir.
O qeyd edib ki, Azərbaycan Niderland biznes əlaqələrində ölkəmizdə iştirakı təqdirəlayiqdir: "Mənim burada əsas rolum Niderland biznesinə yardım etməkdir. Azərbaycan sürətli inkişaf edən ölkələrdən biridir. Burada neft sektoru da öz aktuallığı ilə seçilir. Artıq Azərbaycan enerji mənbəyinə çevirilməkdədir. Azərbaycandan bir çox şirkətlər biznes partnyorlarına qoşulmaqdadır. AZPROMO investisiyaların təşviqi departamentinin direktoru Vüsal Abbasov bildirib ki, 2012-2013 -cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib: "Ölkəmiz qədim zamandan neftlə, qazla zəngin olan ölkədir. Ölkəmizin neftlə, qazla zəngin olan istehsalatı var. İqtisadiyyatımız çox çətin anlarda yaranıb. Belə ki, 2006-cı ildən bu yana iqtisadiyyat sürətlə inkişaf etməyə başlayıb. ÜDM 70 faizi Azərbaycanın payına düşür. Bizdə son 10 il ərzində yoxsulluğun səviyyəsi 7 faizə qədər azalıb. Azərbaycan təbii sərvətlərlə yanaşı, mineral resurslarla da zəngindir".
Qeyd edək ki, tədbirin sonunda hər iki ölkə arasında bəyanat və şikayətlər haqqında 4 saziş imzalanıb.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB