Forumda iştirak üçün 1000 nəfər müraciət edib

Forumda iştirak üçün 1000 nəfər müraciət edib

Azərbaycan Gənclərinin I Liderlik Forumunda iştirak üçün artıq 1000 nəfər gənc müraciət edib. Daxil olan müraciətlər yaxın günlərdə Forumun Təşkilat Qrupu tərəfindən incələnəcək və seçimlər həyata keçiriləcək. Forumda iştirak hüququ qazanacaq 200 şəxsin adı sentyabr ayının əvvəlində www.youthforum.az saytında açıqlanacaq.

"İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, gənclər üçün yerli Davos adı verilmiş forum Liderlik Forumu 8-11 sentyabr tarixləri arasında 2012-ci il Azərbaycanın gənclər paytaxtı Gəncə şəhərində keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir.

Məlumat üçün bildirək ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi və "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə