Gəncə ətrafı rayonların çörək sexlərində reydlərə başlanılıb

Gəncə ətrafı rayonların çörək sexlərində reydlərə başlanılıb

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi sərinləşdirici içkilərdən sonra çörək sexlərində reydlərə başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qurum Gəncə şəhər Ərazi idarəsinin nümayəndələrinin Goranboy rayonunun Dəliməmmədlli şəhərində keçirilən monitorinq zamanı sahibkar Məmmədov Qabil Məmməd oğluna məxsus çörək sexində ciddi qanun pozuntuları aşkarlanıb.

Reyd göstərib ki, müqəddəs nemət sayılan çörək sexlərdə anti sanitar və dözülməz şəraitdə hazırlanır. Ancaq vəziyyət sahibkarı maraqlandırmır.

Dövlət rəsmiləri bildiriblər ki, çörəyin istehsalı zamanı xammal hesab edilən unun uyğunluq sertifikaitları və digər qanunda nəzərdə tutulan tələblər tamamilə yoxdur. Başqa sözlə desək işbazlar necə gəldi məhsulu istehsal edir nəticədə qazanc götürə bilsin.

Monitorinq zamanı dövlət rəsmilərinə bir sıra sənədlər təqdim edilsə də bu nəticəni dəyişməyib. Çörək məhsullarının satışına qadağa qoyulub və hazır məhsulların nəzərdə tutulan norma və tələblər çərçivəsində saxlanılması tapşırığı verilib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə