Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mayın 27-dən etibarən Xorvatiyanın Zaqreb şəhərinə səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkili burada aidiyyəti qurumların təmsilçiləri ilə görüşəcək, əhalinin sosial müdafiəsi sistemi sahəsində qanunvericilik bazasının formalaşması, qanunvericilik aktlarının icrasına nəzarət üzrə bu ölkənin təcrübəsi, habelə sosial xidmətlərin maliyyələşmə məsələləri ilə tanış olacaq, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə danışacaq.
Səfər iyunun 3-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB