Həyatın dəyəri: asbestdən imtinanın nəticələri

Heç nə vaxtsa düşünmüsünüz ki, dünyada nə qədər insanın evə ehtiyacı var və ya nə qədər insan təmiz içməli suya möhtacdır? BMT-nin məlumatına görə, planetin xüsusilə ucqar regionlarında milyonlarla insan bundan məhrumdur. Dünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada 5 milyondan çox uşaq təmiz içməli su qıtlığından dünyasını dəyişir. Həmin ucqar ərazilərə su kəməri çəkməklə və ya geniş əhali təbəqəsinin "büdcə"sinə uyğun ucuz inşaat materialları istehsal etməklə bu problemi aradan qaldırmaq mümkündür.


Əgər bir çox ölkələrdə münasib və davamlı asbest-sement materiallarının istifadəsinə qadağa qoyulmasaydı, milyonlarla həyatı bəlkə də xilas etmək mümkün olardı. Qeyd edək ki, Avropa Birliyi, ABŞ və Cənubi Afrikada nəzarətsiz istifadə olunan təhlükəli mineral növü - asbestin amfibol qrupunun hasilatı XX əsrin ortalarında bütün dünyada qadağan edilib. Ancaq digər 65 ölkədə asbestin təhlükəsiz növü xrizotil nəzarət altında istifadə edilir. Ümumi ada baxmayaraq, bu minerallar kimyəvi struktura və insan orqanizmi üçün təhlükəlilik dərəcəsinə görə fərqlənirlər.


Amfibolun patogen potensialı xrizotilinkindən 100 (!) dəfə yüksəkdir, xrizotil lifləri orqanizmdən 14 günə, amfibol isə 466 günə xaric olunur.


Xrizotilin qadağan olunmasını tələb edənlər elmi məlumatlara məhəl qoymayaraq yalnız bir motivi - iqtisadi maraqları əsas tuturlar. Məsələ burasındadır ki, xrizotil-asbestin daha baha əvəzləyiciləri olan süni (PVA, şüşə, keramik) və təbii lifli (sellüloz və bazalt) materialları reallaşdırmaq daha sərfəlidir.


Bir neçə il əvvəl Xərçəngin öyrənilməsi üzrə Beynəlxalq Agentliyin (İARC) Fransanın Lion şəhərində sənaye liflərinin kanserogen xüsusiyyətlərinin dəyərləndirilməsi və xrizotil-asbest əvəzləyicilərinin kanserogen potensialının təhlili ilə bağlı toplantısı keçirilib. Yığıncağın yekununda qəbul olunan hesabatda qeyd olunb ki, bir sıra əvəzləyicilərin kanserogenliyi ya araşdırılmayıb, ya da onlardan bəzilərinin birinci qrup kanserogen olduğu artıq sübut edilib. Beləliklə də, əminliklə demək olar ki, xrizotil əvəzləyiciləri insan sağlamlığı üçün təhlükəli ola bilər.


Buna görə də xrizotilin tamamilə qadağan olunması məsələsini gündəmə gətirməzdən öncə, Dünya Səhiyyə Təşkilatı həm mineral, həm də onun əvəzləyiciləri haqda bütün elmi məlumatları diqqətlə təhlil edir. DST-nin acı təcrübəsi ona səhv etməyə imkan vermir. XX əsrin ortalarında ekoloji təşkilatlar insan səhhəti və ətraf mühit üçün təhlükəli olduğuna görə DDT (malyariya ilə mübarizədə istifadə olunan kimyəvi pestisid) tozlanmasını qadağan emişdilər. Ancaq DDT-nin geniş istifadəsinə qoyulan qadağadan 30 il sonra DST öz qərarına təkrar baxdığını və pestisidin tətbiqinə qayıtdığını elan etdi. Səhvin dəyəri DDT-nin qadağan olunduğu müddətdə malyariyadan vəfat edən 60 milyon insanın həyatı oldu.


İndi başlıca vəzifə bu halın ən münasib, təhlükəsiz və ekoloji təmiz inşaat materiallarının xammalı olan xrizotil-asbestlə təkrar edilməsinə yol verməməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə