Əli Həsənov: \"Bilmirəm, bu gey-parad məsələsi İranın beyninə haradan düşüb?”
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra hüquq müdafiə təşkilatlarının Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi fikirləri şərh edib. SİA-nın xəbərinə görə, Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanın ünvanına səslənən tənqidlər sifarişli xarakter daşıyır. Onun sözlərinə görə, İran əvvəlcədən Bakının cəlbedici şəhərə çevrilməsini, xarici turistlərin gəlməsini, burada sərbəst fəaliyyət göstərməsini ciddi şəkildə qısqanclıqla qarşılayır.
"Son vaxtlar bir sıra hüquq-müdafiə təşkilatları, xüsusilə Amnesty
International, Human Rights Watch, Almaniyanın bir sıra kütləvi informasiya
vasitələri, son vaxtlar isə hətta "Guardian" qəzeti Azərbaycanın imicinə zərər
verən, həqiqətə uyğun olmayan bəyanatlar yayır, materiallar dərc edir. Bu işlər
mərkəzləşdirilmiş təbliğat xarakteri daşıyır. Son zamanlar "Eurovision" mahnı
müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır.
Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn deyirlər ki,
Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar
etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə
etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə
aksiyalar keçirirlər. Bilmirəm, gey-parad onların beyninə haradan düşüb? Biz
Azərbaycanda "Eurovision" mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə, Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var. Azərbaycanda heç
gey-paradın ifadəsi də yoxdur, amma onlarda var - \"ibnə\". Bilmirəm, bu
\"ibnə\" onların beyninə hardan düşüb və təzələnib".
Suallara cavab verən Ə.Həsənov qeyd edib ki, İran Azərbaycan dövlətinin şiə dövləti
olduğunu iddia edir: "Halbuki Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə
yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər,
nurçular və s. Ancaq biz Quranın, Peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq
istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB