İçəri Şəhərdə yerləşən muzeylərdə “açıq qapı” günü elan edilir

Bu gün Beynəlxalq Muzeylər günü münasibəti ilə İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "açıq qapı" günü elan edilir.

Qurumdan SİA-ya verilən məlumata görə, bu gün, Şirvanşahlar Sarayı Kompleksində "Sayrışan ulduzlar altında bərq vuran gövhər" adlı tədbir keçiriləcək. Tədbirdə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları "Muzeylər gecəsi" adlı bədii kompozisiya təqdim ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə