Ceyhun Osmanlı İstanbulda Dünya Siyasət Forumunda iştirak edir

Ceyhun Osmanlı İstanbulda Dünya Siyasət Forumunda iştirak edir

17–18 may tarixlərində İstanbulda Dünya Siyasət Forumu işə başlayıb. Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Osmanlı və Qənirə Paşayeva iştirak edirlər.

İki gün davam edəcək forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə ediləcək. Tədbirə dünyanın müxtəlif 48 ölkəsindən nazirlər, baş nazirlər, 200-dən çox yüksək səviyyəli rəsmilər, tanınmış siyasətçilər, qeyri-hökumət təşkilatları və nüfuzlu KİV rəsmiləri qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə