Ümumrespublika müşavirəsində nazir Fizuli Ələkbərov müvafiq tapşırıqlarını verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videokanfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə təşkil olunan müşavirə sosial müdafiə proqramlarının inkişaf perspektivləri və rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə həsr olunub.
Nazir məlumat verib ki, müşavirədə yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, ünvanlı sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması, aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunur. O bildirib ki, ünvanlı sosial sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması üçün 18 rayon müəyyənləşdirilib: "Bu rayonlara ödənişlər avtomatik şəkildə veriləcək. Bəzi hallarda nazirliyin ünvanına əsaslı şikayətlər daxil olur ki, bunların da bir hissəsi ünvanlı sosial yardımların verilməsi ilə bağlı olur. Biz bu sistemə keçməklə işin keyfiyyətini artırmaqla yanaşı, əsaslı şikayətlərin qarşısını almağa çalışırıq".
Nazir ölkədə aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində bəzi yeniliklərin tətbiq olunacağını vurğulayıb.
Müşavirədə vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olan ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib. Nazirliyin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov "Yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq", İqtisadiyyat şöbəsinin müdiri İlham Mürsəlov "Ünvanlı sosial sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması", Sosial təminat siyasəti şöbəsinin müdir müavini Babək Hüseynov "Aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində mövcud vəziyyət", Aparat rəhbəri Elnur Kələntərov isə "Vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olan ərizə və şikayətlər haqqında" məruzə ilə çıxış edib.
Məruzələrin sonunda nazir Füzuli Ələkbərov müvafiq struktur rəhbərlərinə tapşırıqlarını verib. Nazir qeyd edib ki, əgər hər hansı bir bölgədən 30-40-50 müraciət daxil olursa, artıq bu ərazidə müvafiq araşdırmaların aparılmasına ehtiyac var. Nazirinin və ya Aparat rəhbərinin icazəsi olmadan yerlərdə hansısa şikayətçinin qəbulu, hansısa tədbirlərin təşkilinə qadağa qoyulub.
Tədbir zamanı növbədənkənar minik avtomobili ilə təmin edilmək üçün prezident İlham Əliyevə müraciət ünvanlayan Böyük Vətən Müharibəsi əlilləri Məmmədov Bəkir və Cəfərov Qüdrətə minik avtomobilinin sənədləri və açarları təqdim olunub. Cəfərov Qüdrətin isə yaxın vaxtlarda Gəncə şəhərində istifadəyə veriləcək 81 mənzilli yaşayış binasında mənzillə təmin ediləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB