Qərib Məmmədov: \"Xarici ölkələrdə Azərbaycanın tarixi, coğrafi adları təhrif olunmaqla xəritə və atlas hazırlanır\"
Bu gün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "İnteraktiv Elektron Xəritələr Elektron Hökumətin Xidmətində" mövzusunda tədbir baş tutub. SİA-nın məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd bu sahədə görülmüş işlərlə ictimaiyyəti tanış etmək olub. Tədbiri giriş sözü ilə açan Komitə sədri bildirib ki, son vaxtlar ayrı-ayrı ölkələr tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, tarixi, coğrafi adları təhrif olunmaqla təxribat xarakterli xəritə, atlas və digər materiallar Kütləvi İnformasiya Vasitələrində geniş yayılır.
Komitə sədri onu da qeyd edib ki, ölkə daxilində də heç bir təcrübəsi və səlahiyyəti olmayan təşkilatlar xəritə tərtibat işləri ilə məşğul olur və nəticədə özündə məlumatları tam əks etdirməyən və kartoqrafiya tələblərinə cavab verməyən xəritələr ortaya çıxır. Komitə sədrininin sözlərinə görə, 2003-cü ildən etibarən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan xəritələr yalnız elektron formatda hazırlanır.
Günay İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB