“Zərifə Əliyeva - Ana, Qadın və Alim” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim, gözəl insan, fədakar ana Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümü ilə əlaqədar "Zərifə Əliyeva - Ana,Qadın və Alim" mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səbil rayon İcra Hakimiyyəti ilə birgə təşəbbüsü ilə təşkil edilib. Hər il müxtəlif rayonlar da təşkil edilən inşa müsabiqəsi bu il Səbil rayonunun məktəbliləri iştirak edib. Onlar arasından hər məktəbdən bir ən yaxşı inşa olmaqla 19 inşa seçilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim olunub.
Tədbirdən əvvəl qonaqlar və iştirakçılar "Fəxri Xiyaban"da Ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, məzarları önünə tər çiçəklər düzüblər.
Daha sonra Sabail rayonu 6 saylı məktəbdə davam edən tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Rəbiyyət Aslanova, Gülər Əhmədova, Jalə Əliyeva, Aqiyə Naxçıvanlı, \"Kaspi\" qəzetinin rəhbəri, şairə, ictimai xadim Sona Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, TQDK-nın sədri Məleykə Abbaszadə, Ombusman Elmira Süleymanova, eləcə də Ali Məhkəmənin hakimi Südabə Həsənova, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər elim və ictimai xadimlər iştirak edib.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Zərifə xanım Əliyevanın görkəmli alim, böyük dövlət xadimi Heydər Əliyevin ömür-gün yoldaşı, humanist, alicənab bir qadın və səmimi insan kimi nümunəvi həyat yolu, bugünkü nəsil üçün əsil örnək, kamillik və müdriklik məktəbi olduğunu bildirib.
Milli Məclisin vitse spikeri Bahar Muradova öz çıxışında bildirib ki, insanlar hər zaman çalışır ki, özündən əvvəl qəbul etdiklərini gələcək nəsillərə ötürə bilsin. Zərifə xanım Əliyeva da belə insanlardan idi. Zərifə xanım xasiyyətcə mülayim, mehriban, qayğıkeş ana, bütün Azərbaycan qadınının obrazı idi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova isə çıxışında müsabiqənin keçirilməsinin önəmindən danışaraq bildirdi ki, Komitə hər il olduğu kimi bu il də, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə həsr olunan müsabiqədə görkəmli içtimai xadimin həyat yoluna gənclərin gözü ilə baxmağa çalışdıqlarını deyib. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutacaqlar.
Tədbirin sonunda münsiflər heyətinə təqdim edilən inşalar içərisindən 3 ən yaxşı inşa seçilərək diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
I yer Bakı Oksford Məktəbinin 10-cu sinif şagirdi İlkin Əsgərli
II yer: 236 saylı orta məktəbin 9-cu sinif şagirdi Nigar Mehbalıyeva
III yer: 132/134 saylı Təhsil kompleksinin 9-cu sinif şagirdi Nigar Məmmədli
Digər iştirakçılar isə diplomlarla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB