“Avroviziya” yarışması bölgələrdə FHN-ni hərəkətə gətirib

“Avroviziya” yarışması bölgələrdə FHN-ni hərəkətə gətirib

"Avroviziya" yarışması bölgələrdə Fövqəladə Hallar Nazirliyini hərəkətə gətirib. Ölkəyə gələn turistləri rayonlarda təhlükəsiz mehmanxanalarda, otellərdə yerləşdirmək üçün FHN-nin Aran Regional İdarəsi Yevlaxda sahibkarlarla görüş keçirib.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti xidməti Yevlaxda mehmanxanaların, otellərin yanğın təhlükəsizliyi, vəzifələr, qaydalar və hüquqi məsuliyyət mövzusunda regional seminar keçirib. Tədbirdə 14 rayondan olan mehmanxana, otel və istirahət mərkəzlərinin sahibləri maarifləndirilib.


"Avroviziya" yarışmasına ev sahibliyi edən ölkəmizə çoxlu sayda turistlərin gəlməsi mehmanxana təsərrüfatının üzərinə bir sıra vəzifələr qoyur. Bölgələrdə mehmanxanalar, otellər dünya standartlarına cavab vermir, bununla yanaşı yanğın təhlükəsizliyi də etibarlı təmin olunmayıb. Bu səbəbdən də rayonlarda FHN əməkdaşları yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işləri aparır.

Qeyd edək ki, tədbirdə yanğın təhlükəsizliyinə dair yaddaş kitabçaları müşavirə iştirakçılarına paylanıb.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə