Azərbaycan Tibb Universitetində təhlükəsizliklə bağlı təlim keçirilir-FOTO

Azərbaycan Tibb Universitetində təhlükəsizliklə bağlı təlim keçirilir-FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzi ilə birgə Azərbaycan Tibb Universitetində "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı tədbir həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, təlim iki hissədən: nəzəri və praktik hissədən ibarət olub. ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, təlimin məqsədi fövqəladə hallar baş verən zaman təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, fövqəladə halların nəticələrinin ardan qaldırılması ilə bağlı tələbələri maarifləndirməkdir.

Daha sonra FHN-nin Regional Mərkəzinin rəis müavini polkovnik Cəfər Məmmədov tələbələrlə FHN-nin texniki avadanlığıdan istifadə edərək fövqəladə hallarla bağlı biliklərini nümayiş etdirib.

Qeyd edək ki, ATGTİ Bakı Regional Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bugünə qədər Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universiteti ilə təlimlər, Bakı Slavyan Universitetilə isə elmi-praktik təlim keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə