Rusiya Federasiya Şurasının sədri Matviyenkonun Azərbaycana səfəri başlayıb
BugündənRusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana səfəri başlayıb. SİA-nın xəbərinə görə, bu gün V.Matviyenko Azərbaycana rəsmi səfər gəlib. V.Matviyenkonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qarşılayıb.
İki günlük səfər çərçivəsində Rusiya Federasiya Şurasının sədrinin prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri nəzərdə tutulur. Federasiya Şurasının sədrinin səfər çərçivəsində Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edəcək, ona Bakı Dövlət Universitetinin fəxri doktoru adı veriləcək.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB