“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondunun yeni layihəsi

“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondunun yeni layihəsi

"İnsan hüquqları XXI əsr-Azərbaycan" Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə yeni layihənin həyata keçirilməsinə başladı.

SİA-nın verdiyi məlumata görə, 01 aprel 2012-ci il tarixində icrasına başlanılmış "İtkin düşmüş şəxslərin ailələrinin psixo-sosyal sahələrdə müşayət edilməsi" layihəsi 3 ay müddətində davam edəcək. Layihə çərçivəsində ümumilikdə 150 itkin düşmüş şəxsin ailələrinə psixo-sosial sahələrdə yardım göstərilməsi nəzərdə tutulub.

Layihənin məqsədi itkin düşmüş şəxslərin ailələrinin psixososial çətinliklərinin azaldılması üçün onların psixososial dəstək xidmətlərinə çıxışını təmin edilməsidir. Bunun üçün həmin ailələrlə "İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondunun psixoloqları, hüquqşünasları və sosial işçiləri tərəfindən xüsusi görüşlər və ailələrə səfərlər təşkil ediləcək. Bu səfərlər zamanı ailələrin psixoloji və hüquqi ehtiyyacları öyrəniləcək və bu istiqamətlərdə onlara hüquqi və psixoloji yardımlar göstəriləcək.

"İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondu layihə çərçivəsində bu ailələrlə ünsiyyət zamanı psixoloji və hüquqi yardımlarla yanaşı onların müxtəlif istiqamətlərdə ehtiyac meyarlarını araşdıraraq bununla bağlı qanunvericilik aktlarına təkliflər paketi hazırlayacaq.

Qeyd edək ki, fond bu layihənin icrası zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan ofisi ilə sıx əməkdaşlıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə