Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində iclas keçirilib
Brüsseldə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Nəqliyyat panelinin ikinci iclası keçirilib. İclasda ölkəmizi Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri təmsil ediblər.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda dəmir yolu ilə sərnişin və yük daşınmasının asanlaşdırılması, Avropa İttifaqının dəniz nəqliyyatı nəzarət sistemləri ilə əməkdaşlığı, tərəfdaş ölkələri Avropa İttifaqı ilə daha sıx birləşdirəcək infrastrukturun inkişafı sahəsində prioritetlərin müəyyən olunması və s. məsələlər müzakirə olunub.Qeyd edək ki, Nəqliyyat paneli Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ötən il yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB