Yavər Camalov Pakistanla hərbi əməkdaşlığı müzakirə edib

Yavər Camalov Pakistanla hərbi əməkdaşlığı müzakirə edib

Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Xalid Şamim Vayn səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə