Naxçıvanda yeni seysmik stansiyaların açılışı olub

Naxçıvanda yeni seysmik stansiyaların açılışı olub

Qurban Yetirmişli Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olub. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində Q.Yetirmişli Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb, həmçinin RSXM-in MR-də istifadəyə verilən yeni telemetrik seysmik stansiyalarının açılış mərasimində iştirak edib.

Naxçıvan Ali Məclisinin sədri telemetrik seysmik stansiyaların iş prinspi ilə yaxından tanış olub, ona telemetrik seysmik stansiyaların iş prinspi, üstünlükləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2011-ci ilin sonlarında Mərkəzin Naxçıvan MR-də Ordubad, Şahbuz və Heydərabad seysmik stansiyaları tikilib istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə