Paytaxtda qar yağacaq, yollar buz bağlayacaq

Paytaxtda qar yağacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımdaasından havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə