Səbail rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyi hesabat verib - FOTO

Səbail rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyi hesabat verib - FOTO

Ölkə rəhbərliyinin paytaxtımız Bakı şəhərinə və onun ətraf qəsəbələrinə olan diqqət və qayğısı nəticəsində son vaxtlar Səbail rayonunda, həmçinin rayonun inkişaf edən Badamdar qəsəbəsində bir sıra işlər görülüb. SİA-nın xəbərinə görə, Badamdar qəsəbə Mədəniyyət evində Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş və 2012-ci il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki, qəsəbədə hazırda 23 500 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşmışdır. 2011-ci il aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtsadi inkişafı ilə bağlı qəsəbədə görülən işlərlə tanış olmuş, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, onların təkliflərini dinləmiş, bu görüşdən dərhal sonra ölkə başçısının müvafiq sərəncamı ilə Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb tikintisinə başlamaq üçün Səbail rayon İcra Hakimiyyətinə maliyyə vəsait ayrılıb.

Qısa müddət ərzində rayon İcra Hakimiyyəti tərəfindən layihə sənədləri hazırlanmış, məktəb və uşaq bağçasının tikintisi üçün yer müəyyənləşdirilmiş və lazımi sənədləşdirmə işləri aparılıb. 2011-ci ilin sentyabr ayında tikintiyə başlanmış və artıq burada xeyli iş görülüb.

May ayının 5-də ölkə Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamında Badamdar qəsəbəsinə də böyük yer ayrılmış, qəsəbənin qaz, elektrik enerjisi, su təchizatı və kanalizasiya, rabitə, yol, təhsil və səhiyyə, gənclər sahələri üzrə 17 bənd tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Yay aylarında Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəsəbədəki 239 saylı orta məktəbdə cari təmir işləri aparılmış, eləcə də Dövlət Neft Şirkətinin köməyi ilə "Könül" körpələr evi də əsaslı təmir olunub.

İlin sonunda rayon İcra Hakimiyyəti tərəfindən qəsəbədəki Heydər Əliyev parkında əsaslı təmir işlərinə başlanmış və artıq burada xeyli iş görülüb. Parkda ümummilli liderimiz Heydər Əliyevin qranitdən hazırlanmış əzəmətli büstü qoyulacaq, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.

Rayon İcra Hakimiyyətinin başçısının qəsəbədə keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Badamdar qəsəbəsində tikilmiş yeni xeyir-şər yerinə bitişik 250 nəfərlik yeni əlavə zal da inşa olunmuş, hər cür avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış və yeni asfalt örtüyü salınıb.

2011-ci il ərzində qəsəbədə abadlıq, qəsəbədaxili yolların təmiri və asfaltlaşdırılmasına böyük fikir verilib.

Qəsəbə sakinlərinin içməli su ilə təminatında dəyişikliklər baş verib. 3-cü yaşayış massivində tikilmiş 2 ədəd su anbarının istiafdəyə verilməsi ilə əhaliyə su verilməsi qrafiklərində dəyişikliklər edilmiş, gələcəkdə digər anbarların da istifadəyə verilməsindən sonra təminat daha da yaxşılaşacaqdır.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bildirib ki, görülən işlərdən əlavə "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, tikilən məktəb və uşaq bağçasından əlavə yeni xəstəxana, ATS binaları, elektrik yarımstansiyası və idman kompleksinin tikintisinə başlanacaqdır. Həmçinin qəsəbədəki Heydər Əliyev parkında aparılan təmir işləri başa çatdırılacaq, burada ulu öndərin əzəmətli büstü ucaldılacaqdır.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə