Fevralın əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında (MR) rəqəmsal televiziyanın test yayımına başlanılır.
Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir ki, rəqəmsal formatda yayım 2012-ci ilin sonunadək analoq yayımla paralel olaraq həyata keçiriləcək, 2013-cü ildə isə MR-də analoq yayım tamamilə dayandırılacaqdır. Naxçıvan əhalisi 12 telekanaldan ibarət paketdən istifadə edə biləcək və əlavə olaraq daha 72 televiziya kanalı təklif ediləcəkdir.
Rəqəmsal kontentin yayımı DVB-T formatında həyata keçirilir. Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB