Azərbaycan ərazisində xarici teleserialların yayımı 2012-ci il may ayının 1-dən dayandırılacaq

Azərbaycan ərazisində xarici teleserialların yayımı 2012-ci il may ayının 1-dən dayandırılacaq

\"Azərbaycan ərazisində xarici teleserialların yayımı 2012-ci il may ayının 1-dən dayandırılacaq\".

SİA-nın verdiyi xəbərə görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.Bu qərar Milli Televiziya və Radio Şurasının ötən gün keçirilən iclasında qəbul edilib.

Qərarın qəbul edilməsində məqsəd gənc nəslin mili şüurunun, tərbiyəsinin yüksəldilməsidir: "Bizim gənc nəsil xarici seriallar ruhunda tərbiyə olunmamalıdır. Bu gün Azərbaycanda insanlar istədikləri dildə kabel TV, çanaq antena və internet üzərindən istədiyi dildə seriallara baxa bilər. Bizim qərar mili televiziya yayımçılarına aiddir". Sədr Nuşirəvan Məhərrəmli milli serialların çəkilməsi üçün artıq telekanallara qrantlar verildiyini və kanalların bu istiqamətdə işlərə başladığını da deyib.


Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə