YAP-ın ayrı-ayrı ölkələrin siyasi partiyaları ilə əməkdaşlığı Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə öz töhfələrini verir
\"Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrini daima genişləndirir və bir çox ölkələrlə bu sahədə əməkdaşlıq əlaqələri inkişaf edir\". SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının ayrı-ayrı ölkələrin siyasi partiyaları ilə əməkdaşlığı bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə öz töhfələrini verməkdədir. Onun sözlərinə görə, bir neçə ölkələrlə əməkdaşlıq memorandumlarının imzalanması təkcə partiyaların arasında əlaqələrin, münasibətlərin inkişafına təkan verməyəcək, bu, eyni zamanda, Azərbaycan həmin ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verə biləcək.
"Bütövlükdə, Azərbaycan reallıqlarının ölkə hüdudlarından kənarda təşviq edilməsinə əhəmiyyətli köməklik göstərəcək. Bu mənada Yeni Azərbaycan Partiyası özünün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə çox böyük önəm verir. Bu istiqamətdə bizim əldə etdiyimiz nailiyyətlər kifayət qədər genişdir. Avropa, Şərq və digər istiqamətlərdə Yeni Azərbaycan Partiyasının ayrı-ayrı partiyalarla əməkdaşlığı mövcuddur və bundan sonra da bu əlaqələr davam etdiriləcək", - deyə Ə.Əhmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB