Avropa İttifaqı qurumun yardımından daha səmərəli faydalanmaq imkanlarının gücləndirilməsi üçün layihəyə başlayıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, "Azərbaycanda Twinning, TAIEX və Sigma layihələrini icrası" (İTTSO II) adlanan layihənin məqsədi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və ölkənin digər dövlət orqanlarına Aİ yardımlarının icrasında dəstək verməkdir.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib ki, yeni layihə təşkilatla Azərbaycan arasındakı əlaqələrin stimullaşdırılması və intensivləşdirilməsi üçün yaxşı addımdır. Layihə Azərbaycanla Aİ arasındakı münasibətlərin daha da dərinləşdirilməsinə, Azərbaycanın dövlət idarələrinin potensialının yüksəldilməsinə və onların iş təcrübəsinin Aİ ölkələrinə yaxınlaşmasına xidmət edəcək.
Qeyd edək ki, layihə 24 ay davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB