Berlində Məsləhətçi Şuraya keçirilən seçkilərdə azərbaycanlı üzv seçilib

Berlin-Brandenburq İnteqrasiya və Miqrasiya məsələləri ilə bağlı Məsləhətçi Şuraya keçirilən seçkilərdə Berlində yaşayan azərbaycanlı, Türkiyə-Azərbaycan Birliyinin (TAB) İdarə Heyətinin üzvü Cəlili Maku Həbib öz namizədliyini irəli sürüb və gizli səsvermə nəticəsində Məsləhətçi Şuraya üzv seçilib. SİA-nın xəbərinə görə, məsləhətçi şuraya təqdim olunan namizədlər 7 ölkə qrupuna bölünüblər. Seçkilər gizli səsvermə yolu ilə keçirilib.

Cəlil Maku Həbib namizədliyini regionsuz qrupdan sürüb. Bu qrupdan 8 nəfərin namizədliyi irəli sürülüb, soydaşımız üçüncü yerə çıxıb. Hər qrupdan 4 nəfərin üzv seçilmək hüququ vardır. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) direktoru Samira Patzer-İsmailova AAKM adından gizli səsvermə də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə