Fazil Məmmədov: \"Əhalinin banklara qoyduğu əmanətlərin həcmi 29,5 faiz artıb\"

Fazil Məmmədov: \"Əhalinin banklara qoyduğu əmanətlərin həcmi 29,5 faiz artıb\"

\"Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu maliyyə siyasəti nəticəsində nəinki dövlət xərcləri azaldılmayıb, iqtisadiyyatın daha da gücləndirilməsi məqsədilə xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsi sürətləndirilib\". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov deyib. Nazir bildirib ki, əhalinin banklara qoyduğu əmanətlərin həcmi 29,5 faiz artıb: "Ümumi gəlirlərin 19 faiz artması fonunda inflyasiyanın cəmi 5,6 faiz təşkil etməsi onu göstərir ki, əhalinin gəlirlərinin alıcılıq qabiliyyəti qorunub saxlanılıb\".

F. Məmmədov onu da diqqətə çatdırıb ki, 2012-ci ildə regionlardan büdcəyə gözlənilən daxilolmaların artacağı proqnozlaşdırılır: "Bir neçə il əvvəl regionların xüsusi çəkisi büdcə daxilolmalarında 2 faiz ətrafında idi. Bu il artıq 14,4 çatacağı gözlənilir. İlin hesabatına görə, 5 milyarddan çox borcu olan vergi ödəyicilərinin borcu 2 milyard 179,7 milyon, yəni 39,8 faiz azaldılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə