Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yenidən görüşəcək

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yenidən görüşəcək

Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulub. Bunu Konstitusiya Gününə həsr olunmuş konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, icma nümayəndələrinin görüşünün noyabrın 28-də keçirilməsi nəzərdə tutulur: "Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik".

R. Rzayev bildirib ki, ermənilərin bu toplantıda iştirak etməyəcəkləri ilə bağlı müəyyən məlumatlar olsa da, Azərbaycanın Almaniyadakı səfirliyi görüşlə bağlı müvafiq işlərin görüldüyünü və yığıncağın baş tutacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə