İsraildə ümumi tətil elan edilib

İsraildə ümumi tətil elan edilib

İsraildə ümumölkə tətili elan edilib. Genişmiqyaslı tətillə əlaqədar dövlət müəssisələri, xəstəxanalar və nəqliyyat sistemində iş dayandırılıb. Məktəbəqədər təhsil müəssisələrində və universitetlərdə məşğələlər qismən təxirə salınıb. Tətil 4 saat davam edəcək.

Tətilin elan edilməsinə Maliyyə Nazirliyinin vasitəçi şirkətlər vasitəsilə işə götürülənləri dövlət işçisi kimi tanımaqdan imtina etməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə