Azerfon “Məzun-2011” tədbirində iştirak edib

Azerfon “Məzun-2011” tədbirində iştirak edib

Azerfon şirkəti Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunmuş "Məzun-2011" tədbirində iştirak edib.

SİA-nın məlumatına görə, tədbirin əsas məqsədi gənc və istedadlı tələbə və məzunların yerli əmək bazarının mövcud tələbləri ilə tanış olmalarına və müxtəlif şirkətlərdə iş perspektivləri haqqında məlumat əldə etmələrinə imkan yaratmaq olub.

Azerfon nümayəndələri tərəfindən şirkət daxilində mövcud iş imkanları haqqında məlumat təqdim edilmiş və maraqlanan tələbələr arasında EBR çərçivəsində test müsabiqəsi keçirilib. Göstərilən nəticələrdən asılı olaraq iştirakçılara VMC Data kartları və "MiFi" kimi dəyərli hədiyyələr təqdim olunub. Ən yüksək nəticəni əldə etmiş iştirakçı isə 3G kamera ilə mükafatlandırılıb.

Azərbaycanda telekommunikasiya sahəsinin liderlərindən biri olan Azerfon MMC perspektivli gənc və potensial şəxslərə xüsusi diqqət ayırmaqdadır. Şirkətimiz biznes strategiyasının bir parçası olaraq gələcək tədbirlərdə də iştirak etməyi planlaşdırır.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə