Beynəlxalq Diaspor Mərkəzi müstəqillik gününü Türkiyədə qeyd edəcək
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə 4-9 oktyabr 2011-ci il tarixlərində Türkiyənin İğdır və Qars vilayətlərində yubiley tədbirləri və işgüzar görüşlər keçirəcək. SİA-ya BDM-in mətbuat mərkəzindən verilən məlumata görə, tədbirlərə 5 oktyabr tarixində Qars şəhərində start veriləcək.
Proqramda Qars və İğdır Universitetlərində istiqlaliyyət tariximizə dair konfrans və ya dəyirmi masanın keçirilməsi, İrəvan xanlığı ilə bağlı yüzə yaxın tarixi eksponatı özündə əks etdirən foto sərginin təşkili və daha sonra konsert proqramının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda İğdırda fəaliyyət göstərən Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan litseyə Azərbaycan adından musiqi alətləri həddiyə ediləcəkdir.
BDM səfərə geniş nümayəndə heyəti ilə gedir. Heyətin tərkibinə BDM-in Avropa, Rusiya və Türkiyənin müxtəlif bölgələrindən olan nümayəndələri, Millət vəkilləri, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri daxildir.
BDM-in təşkil etdiyi Qardaş Türkiyədəki tədbirlərin və görüşlərin keçirilməsinə Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu dəstək göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB