Luqansk vilayətinin şəhər sovetinin rəhbərinə hazırlanan sui-qəsdin qarşısı alınıb
Ukraynanın Luqansk vilayətində şəhər soveti rəhbərliyinə hazırlanan sui-qəsdin qarşısı yerli milis tərəfindən alınıb. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, sui-qəsdin sifarişçisi yerli iş adamı olub.
Belə ki, mağaza tikmək üçün yer almaq istəyən yerli iş adamı rədd cavabı aldıqdan sonra şəhər soveti rəsmisini öldürtmək qərarına gəlib. İş adamı uzun illər həbsdə olan biri ilə sövdələşərək şəhər rəsmisini girov götürüb, əvvəlcə külli miqdarda pul alıb, sonra isə öldürtmək qərarına gəlir. Lakin killer əvvəlcədən şəhər sovetinin rəhbərliyinə hər şeyi olduğu kimi deyir.
Luqansk daxili işlər idarəsi 29 avqustdan başladığı əməliyyatı dünən başa çatdırıb. Belə ki, iş adamı şəhər sovetinin rəhbərini adamı əli-qolu bağlı hüzuruna gətirərək əvvəlcə pul tələb edib, sonra isə öldürmək istəyərkən yerli xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Vilayətə səs salan bu hadisənin sifarişçisinə Ukrayna cinayət məcəlləsinin 11-ci maddəsinin 15-ci hissəsi və 115-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB