Gəncədə ətraf rayonlarda üzümçülüklə məşğul olan fermerlər məhsullarını satmaqda çətinlik çəkir. Fermerlərin əksəriyyəti yetişdirdikləri məhsulları sata bilməyib. Analoji problem artıq bir neçə ildir ki, müşahidə olunmaqdadır.
Ərazi Kənd Təsərrüfatı üzrə rəis əvəzi Yaqub Tanrıverdiyevin SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, sözügedən sahədə ciddi problemlər var. Belə ki, Gəncəətrafı rayonlarda cəmi iki şərab zavodu fəaliyyət göstərir. Müəssisələrin özləri də üzüm əkir və əldə olunan məhsul emal gücünə kifayət edir. Məsələdən çıxış yolu isə fermerlərin özlərinin emal müəssisəsi yaratmasındadır.
Mövzu ilə bağlı Gəncə şəhərində fəaliyyət göstərən fermerlərin münasibətini öyrənmək istədikdə bizə verilən cavab xüsusilə diqqətimizi çəkdi. Belə ki, Gəncə şəhər İcra Hakimiyyətinin aqrar şöbəsindən fermerlərə tapşırıq verilib. Aparat rəsmilərinin icazəsi olmadan kimsəyə məlumat vermək qadağandır.
Məlumat üçün onu da qeyd edək ki, Gəncə şəhəri də daxil olmaqla Samux, Göygöl, Daşkəsən rayonlarında təxminən 1500 ha yaxın üzüm bağları salınıb. Hər il sahələrdən təxminən 10 min tondan çox üzüm toplanılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB