Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Elnur Aslanovla görüşüblər
22 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Bakıda səfərdə olan ABŞ-ın Truman Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla görüşüblər. SAM-dan SİA-ya verilən xəbərə görə, görüşdə Prezident Administrasiyasının rəsmisi Azərbaycan xarici siyasət prioritetləri, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqaz regionunun geosiyasəti və təhlühəsizliyi, mövcud təhdidlər və s. barədə qonaqlara məlumat verib.
Elnur Aslanov müzakirə zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xüsusilə önə çəkərək, münaqişə ətrafında gedən danışıqlar prosesini, müharibənin regionun ümumi inkişafına mane olduğunu bildirib. Eyni zamanda orada etnik təmizləmələrin aparılması və dinc əhalinin zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacibliyini vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri qonaqları maraqlandıran digər sualları da cavablandıraraq, qarşılıqlı maraq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB