Bakıda Rusiyanın xristianlıq banisinə abidə hazırlanacaq

Bakıda Rusiyanın xristianlıq banisinə abidə hazırlanacaq
Azərbaycan Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılması nəzərdə tutulan layihənin sərmayədarlarından biri qismində çıxış edəcək. SİA-nın məlumatına görə, abidə Həştərxanda, eyniadlı kilsənin qarşısındakı meydanda qoyulacaq.

Azərbaycan tərəfi bu layihədə sərmayədarlardan biri kimi çıxış edir. Həştərxan meri Sergey Bojenovun iştirakı ilə keçiriləən müşavirədə gələcək monumentin təqdimatı olub. Müəlliflər bu layihənin xüsusiyyətləri barədə şəhər rəhbərinə məlumat verərək abidənin son variantı haqda razılıq əldə ediblər.

Knyaz Vladimirin heykəli və pyedestal Bakıda hazırlanacaq. Abidənin ətrafındakı ərazinin abadlaşdırılması işini isə Həştərxan meriyası öz üzərinə götürür. Sahil küçəsi boyunca Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinə qədər olan hissədə piyadaların hərəkət zonasını təşkil etmək və yaşıllaşdırma işləri aparmaq nəzərdə tutulur.

Həştərxan KİV-ləri bildirir ki, bu iki memarlıq nümunəsinin bir-birinə yaxın yerləşməsi heç də təsadüfi deyil. Rusiya ilə Azərbaycanın dostluğu Həştərxan sakinlərinə çoxdan məlumdur. Şəhərdəki 1 nömrəli məktəbin yenidən qurulması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılması və onun adını daşıyan meydanın abadlaşdırılması iki ölkə arasında mədəni əməkdaşlığın nümunələridir.

Qeyd edək ki, müqəddəs Vladimirə abidə ucaltmaq təşəbbüsünü həştərxanlılar özləri irəli sürmüş, şəhər sakinlərinin çoxsaylı müraciətlərindən sonra meriya Həştərxan və Yenotayev arxiepiskopu İonanın razılığı ilə bu abidənin ən yaxşı maketi üçün müsabiqə elan edilib. Müsabiqədə moskvalı məşhur heykəltəraş, Rusiyanın xalq rəssamı Andrey Kovalçuk qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня