“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Ağdam rayonunda keçirilib
Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" Kampaniyası bu dəfə Ağdamın Quzanlı qəsəbəsində gənclər arasında müsabiqəni həyata keçirib. Əsas prinsiplərindən biri də ölkəmizin ərazi bütövlüyü məsələsi olan Kampaniyanın işçi qrupu böyük Ağdamı kiçik bir qəsəbəyə sığışdıran Quzanlıda 1 saylı orta məktəbə gəliblər.
Burada bir qrup gənc atasında kampaniyanı həyata keçiriblər. Tədbirin açlış mərasimində çıxış edən Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, düşmən əsarətində olan torpaqlarımızın tezliklə azad olunması üçün bütün xalqımız, o cümlədən cəmiyyətin aktiv təbəqəsi olan gənclər səy göstərməlidirlər. "Siz hər biriniz ölkəmizin inzibati ərazi vahidlərini mükəmməl bilməlisiniz. Ermənilərin məkrli siyasətinə qarşı həmişə mübarizə aparmalısınız"- O.Əli belə deyib.
Tədbirdən sonra işçi qrupu Ağdamın Qərvənd kəndi ərazisində təmas xəttinə səfər ediblər. Səngərdə Vətənimizi qoruyan əsgərlərlə görüşüblər.
Bundan sonra işçi qrupu Bərdə şəhərinə gələrək burada məskunlaşmış ağdamlı gənclər arasında kampaniyanı davam etdiriblər. Ümumilikdə, 160-dan çox gənc Kampaniyada iştirak edib.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin, "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB