Müxalifətin mitinq planı \"Nərinanov\" “Nərimanov” parkında dəfn edildi
İctimai Palatanın neçə müddət öncədən cızılan mitinq planları bu gün fiaskoya uğradı. Ümidini müxalifətin aksiyalarına bağlayan xarici donorlar belə çaşqın vəziyyətə düşdülər. İctimai Palatanı mitinqlərə hazırlayan, onlara dəfələrlə treninqlər keçən xarici təşkilatlar müxalifət liderlərini deyəsən bu dəfə tanımağa başlayıblar. Pullarını sağa-sola xərcləyən əcnəbilərin yadına düşüb ki, müxalifət onları əməlli-başlı aldadır. Daha döğrusu pulu ətək-ətək alırlar, əvəzində bir-iki qadını, qocanı 15-20 manatın iştahasına küçələrə çıxarıb diqqəti cəlb etməyə çalışırlar. Qısaca, xaricilərə verilən \"izdihamlı mitinq\" sözü yerinə yetirilmir.
SİA-nın verdiyi məlumata görə, İctimai Palatanın \"Nərimanov\" metrostansiyasının çıxışındakı parka təyin etdiyi mitinq bu dəfə də baş tutmadı. Yalnız bircə faktdan başqa. Bunu da mitinqlə əlaqələndirmək heç yerinə düşməz. Belə ki, Lətafət Məlikova, Dünyaxanım Cərullayeva, Arifə Hüseynli, Sevda Laçınlı, Rüxsarə Mehtiyeva, Orxan Çarçıyev adlı şəxslər sadəcə haray-həşir salmağa, ATƏT-in və müxalifət mətbuatının diqqətini cəlb etməyə, ən sonda isə şəkil çəkdirməyə cəhd göstəriblər.
İctimai Palatanın Bakının "Nərimanov" parkında planlaşdırdığı mitinqi qrup hüquq müdafiəçiləri müşahidə aparıb. ATƏT-in Bakı ofisinin və Böyük Britaniya səfirliyinin müşahidəçiləri də ərazidə olublar. Bir sözlə daha çox mətbuat nümayəndələrinin iştirak etdiyi mitinq-şou müxalifəti də özü ilə bitirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB