Metroda sıxlığın azaldılması üçün sistemli işlər aparılmalıdır - EKSPERT DANIŞDI

Metroda sıxlığın azaldılması üçün sistemli işlər aparılmalıdır - EKSPERT DANIŞDI

Şəhər infrastrukturunun əsas nəqliyyat modellərində 28 May və Nizami metro stansiyalarının xüsusi əhəmiyyəti var. Bu stansiyalar sərnişinlərin daşınmasında mühüm rol oynayır və metro şəbəkəsinin inkişafında da xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri SİA-ya nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, 28 May və Nizami stansiyalarının gələcək inkişafına baxdıqda, sərnişin axınının daha düzgün bölüşdürülməsi və xətlər arasında koordinasiyanın gücləndirilməsi vacib məsələlərdən biridir. İntervalların optimallaşdırılması və işlərin düzgün təşkili sərnişinlərin daha rahat hərəkətinə imkan yarada bilər:

“Yeni metro stansiyalarının inşası da bu baxımdan mühüm addımlardan biridir. Yeni stansiyalar istifadəyə verildikcə sərnişin yükünün müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkündür. Bununla yanaşı, yeni stansiyalarda yarana biləcək sıxlığın qarşısını almaq üçün əvvəlcədən sistemli tədbirlərin görülməsi vacibdir.

Metro şəbəkəsinin genişləndirilməsi, xətlər arasında koordinasiyanın inkişaf etdirilməsi və sərnişin axınının daha səmərəli idarə olunması şəhər nəqliyyatının müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verə bilər.

Bu baxımdan, qarşıdakı dövrdə kompleks və sistemli yanaşmanın tətbiqi həm metro infrastrukturunun inkişafına, həm də sərnişinlərin daha rahat daşınmasına şərait yaradacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə