İyun ayı üçün olan məlumatlara görə, Azərbaycan mobil internet sürətinə görə 98 ölkə arasında 46-cı yeri tutub. Orta mobil internet sürəti 98,61 Mbit/san təşkil edib. Bu barədə "Speedtest Global Index" məlumat yayıb. Bildirilib ki, Cənubi Qafqaz ölkəsi olan Ermənistanda orta mobil internet sürəti 74,32 Mbit/san təşkil edib və 98 ölkə arasında 61-ci yerdə qərarlaşıb.
Gürcüstan isə 17-ci (168,84 Mbit/san) yerdə qərarlaşıb. Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbit/san) qeydə alınıb. Sabit (fiksə olunmuş) internet reytinqində Azərbaycan 149 ölkə arasında 84-cü (92,18 Mbit/san) yeri tutub. Bu reytinqdə Ermənistan 85-ci (91,69 Mbit/san), Gürcüstan isə 107-ci (50,83 Mbit/san) yerdədir.
Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbit/san) qeydə alınıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB